PAŞA Sığortadan könüllü tibbi sığorta üzrə “Yeni ildə sağlamlığın güvəndə” adlı yeni kampaniya!

Yeni il ərəfəsində sığorta əldə etmək istəyənlərə təqdim etdiyi müxtəlif kampaniyalarla fərqlənən PAŞA Sığorta bu dəfə könüllü tibbi sığorta məhsulları üzrə “Yeni ildə sağlamlığın güvəndə” adlı yeni kampaniya elan edir. Belə ki, kampaniya çərçivəsində “Ailə Dostu” və ya “SağlamSən” könüllü tibbi sığorta məhsullarını əldə edən müştərilərə Bravo marketlər şəbəkəsindən alış-veriş kartı hədiyyə olaraq təqdim ediləcək.

15 dekabr 2022 – 05 yanvar 2023 -cü il tarixlərini əhatə edəcək kampaniyada tibbi sığorta əldə etmək istəyən şəxslər “SağlamSən” məhsulunun Emergency paketi üzrə 30 AZN dəyərində, Classic+ paketi üzrə 50 AZN dəyərində, Silver paketi üzrə 70 AZN məbləğində, Gold paketi üzrə isə 100 AZN məbləğində hədiyyə kartı qazanacaq.  “Ailə Dostu” Könüllü Tibbi sığorta məhsulunu almaq istəyənlər isə Vitamin A, Vitamin B, Vitamin C və ya Multi-Vitamin paketləri üzrə müvafiq olaraq  50 AZN, 100 AZN , 150 AZN və 200 AZN məbləğində Bravo alış-veriş kartlarını hədiyyə olaraq qazanacaqlar.

Qeyd edək ki, könüllü tibbi sığorta məhsulu əldə edəcək müştərilər profilaktik tibbi müayinə, stomoloji yardım,  optika və linzalar ilə təminatla yanaşı digər əlavə tibbi xidmətlərdən də yararlana bilər.

“Sağlam Sən” və “Ailə Dostu” tibbi sığorta məhsullarını əldə etmək, həmçinin kampaniya haqqında ətraflı məlumat almaq üçün  https://bit.ly/3DyhSc5 və ya https://bit.ly/3lJIIYD keçidinə nəzər sala və ya *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: