Payız əkin mövsümü başlayandan bu günədək 200 mindən çox ağac əkilib

Payız əkin mövsümü çərçivəsində ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, son bir həftə ərzində ölkə ərazisinin meşə fondu torpaqlarında 116 min 500 ağac tingi əkilib, 5 min kiloqramdan çox toxum səpilib: “Əkinlərdə Regional Meşə Təsərrüfatları Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş tinglərdən istifadə olunur”.

Mətbuat katibinin sözlərinə görə, payız ağac əkini başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarında 200 mindən çox ağac tingi əkilib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: