IdmanTəqdimatƏyləncə

PubG Mobile üzrə Red Bull M.E.O. turnirinin qalibləri bəlli oldu

Red Bull M.E.O. 2022 turnirinin qaliblər məlum oldu. Həyəcanlı və qızğın mübarizələrlə dolu olan final oyununda MAX eSports komandası qalib gələrək 5000 azn pul mükafatı qazandı. 124 xal toplayan komanda rəqiblərini geridə qoymağı bacarıb.  

MAX eSport komandasının kapitanı Daşqın Rəhimov bütün oyun boyu güclü rəqiblərin olduğunu deyərək, keçirilən seçim mərhələlərində iştirak etməklə öz rəqiblərinin güclü və zəif tərəflərini müşahidə etdiklərini deyib. Qalib gəlmək üçün isə, rəqiblərini yaxşı tanımaq lazım olduğunu deyən kapitan, çətin oyunun öhdəsindən gəldiklərinə və 5000 azn pul mükafatını qazandıqlarına görə sevincli olduğunu bildirib. 

Bundan başqa 2-ci yerin sahibi 92 xalnan İce eSports, 3-cü yerin sahibi isə 87 xalnan LXR eSports komandaları olub.  

PUBG MOBILE üzrə Red Bull M.E.O. turnirində ilk 3 yerin sahibi Avropa üzrə Regional Red Bull M.E.O. finalında Azərbaycanı təmsil etmək hüququnu qazanıblar.  

Daha ətraflı: https://www.redbull.com/az-az/red-bull-meo-final

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!