EkologiyaSağlamlıqTəqdimat

Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkarlanıb

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Tülər kəndi ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri Təranə Lixanova və Sakit Əbilov olduğu müəyyənləşib. Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkarlanan kömür quyuları ləğv edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!