Mobil dünyaTəqdimat

“Qara cümə”yə hazırlaşırsınız? Yaxşısı budur, “boz şənbə”ni gözləyin

.“Kaspersky Lab” şirkəti ənənəvi olaraq noyabrın sonunda “qara cümə” günündən başlayan Yeni il bayramı ərəfəsində alış-veriş zamanı kiberfırıldaqçılıq fəallığının icmalınıdərc edib. Ekspertlər müəyyən ediblər ki, onlaynalışların artması ilə birlikdə tanınmış brendləri, ödəniş sistemlərinin adlarını və “qara cümə” söz birləşməsinin özünü istifadə edən maliyyə kibercinayətlərinin sayı da artır. Lakin fırıldaqçılarınistirahət etikləri gün dəmövcuddur, analitiklər həmən günü “boz şənbə” günü adlandırıb.

Hesabata əsasən, dərhal “qara cümə”dən sonra, yəni,şənbə günü, istifadəçilərin fişinq linklərinə keçid cəhdlərinin sayı 33% azalır. 2016-cı ildə “qara cümə” (noyabrın 25-nə təsadüf edib) “Kaspersky Lab” şirkətinin sistemləri istifadəçilərin kompüterlərində “Antifişinq” sisteminin 770 min dəfə işə salınmasınıqeydə alıb. Ertəsi gün, noyabrın 26-da bu göstərici cəmi 510 min idi. “Boz şənbə”nin ardınca gələn “Kiber Bazar Ertəsi”ndən başlayaraq fişerlərin fəallığı yenidən artmağa başlayır. Ekspertlər hesab edirlər ki, bu təmayül cari ildə dədavam edəcək.

“Onlayn ticarətin inkişafı ona gətirib çıxarəb ki, maliyyə fişinq hücumlarının səviyyəsi bütün il ərzində sabit olaraq yüksəkdir. Lakin fırıldaqçılara bayramqabağı marketinq aksiyaların gurultusunda “gizlənmək”və istifadəçiləri aldatmaq daha asandır. İnsanların əksəriyyəti mobil qurğular vasitəsilə və çox vaxt evdə olmayaraq bazarlıq edirlər, beləliklə, demək olar ki, hər birimiz belə şəxslərin qarşısında aciz qalırıq. Lakin yaxşı xəbərlər də var: “boz şənbə” günündə hücumların sayı xeyli azalır. Ona görə də əgər siz bu həftə onlayn bazarlıq etməyi planlaşdırırsınızsa, günü düşünülmüş seçin. Bundan başqa, istənilən gündə şübhəli linklərdən və fayllardan çəkinmək, sizin alış-veriş gördüyünüz və ödədiyiniz dükanların və ödəniş sistemlərinin ünvanlarını diqqətlə yoxlamaq və ən mükəmməl halda mobil qurğularda belə ixtisaslaşdırılmış müdafiə həllindən istifadə etmək məsləhətdir”, – deyə “Kaspersky Lab” şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.

İcmalın digər nəticələri arasında:

2016-cı ildə ödəniş sistemləri, banklar və onlayn-mağazalara yönəldilmiş maliyyə fişinq hücumlarının sıyıartıb. Bununla belə, 2015-ci ildə onun azalması müşahidə olunmuşdur.

Maliyyə fişinq hücumu bütün fişinq hücumların təxminən yarısını (49,77%) təşkil edib. 2015-ci ildə bu göstərici cəmi 34,33% səviyyəsində olub.

Ehtimal olunur ki, maliyyə fişinqin artımın əsas amillərindən biri mobil cihazların istifadəçiləri olub.“KasperskyCybersecurityIndex”məlumatlarına əsasən, 2017-ciilinbirinciyarısındaonlayn ödənişlər və alış-verişlər üçünsmartfonistifadəsi son bir ildə iki dəfə artıb.

Maliyyə fişerləri öz hücumları zamanı “qara cümə” brendindən, həmçinin istifadəçilərin kibertəhlükəsizliklə bağlı qorxularından fəal istifadə edirlər. Bəzi hallarda məktublar yoluxma barədə xəbərdarlıqlar, istifadəçinin sındırılmasının saxta aşkar edilmələri və ya İnternetdə ehtiyatlı davranışı təşviqedici xəbərlər altında maskalanır.

Bayramqabağı dövrdə maliyyə fişinq hücumlarının araşdırması “Kaspersky Lab” şirkətinin müdafiə həllərinin evristika və anti-fişinq komponentləri tərəfindən topladığı məlumat əsasında hazırlanıb.İstifadəçi “Kaspersky Lab” şirkətinin bazasına hələ əlavə olunmamış fişinq linkinə keçməyə çalışanda onlar hər dəfə işə düşür.

 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!