FutbolIdman

“Qarabağ” klubunun prezidenti Abdolbari Goozal komandayla görüşüb

Qarabağı’mız Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı Çelsi’ylə matçın hazırlıqlarını davam etdirir. Bu gün axşam məşqindən öncə komandamızın düşərgəsində sürpriz ziyarət baş tutub. Klubun prezidenti Abdolbari Goozal komandanı ziyarət edib.

Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla da yaxından maraqlanıb. Daha sonra Abdolbari bəy Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib.

Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyi vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!