“Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçirilib
21 Dekabr tarixində “Pullman Hotels and Resorts” otelində “ Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçirildi. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdi. “Qış Kolleksiyası“ a həsr olunmuş tədbirdə 70 model və 10 modelyer iştirak etdi. Modellərin 40 qız, 30 oğlan idi. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak etdi. Münsiflər heyətinin sədri ənənəvi olaraq tanınmış modelyer-dizayner Fəxriyyə Xələfova idi.
Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!
“Star Kids Group” direktoru Aygün Əliyeva
Münsiflər heyəti:
Fəxriyyə Xələfova
Yeganə Sadıxova
Günay Ağamalı
Zemfira Ağayeva
Məleykə Əsədova
Yaşar Yusub
İlqar Əliyev
Amira Səfərova