EkologiyaTəqdimat

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Frame.az-a məlumat verən xidmətin rəis müavini Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayonunun Liman şəhər sakini İlkin Əliyev olduğu və təbiətə 1023 manat ziyan dəydiyi məlum olub. Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

Onun sözlərinə görə, hazırda təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün istintaq aparılır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!