Rabitəbankın stimullaşdırıcı lotereyası yekunlaşdı

Rabitəbankın mobil tətbiq istifadəçiləri üçün keçirdiyi “Rabita Mobile ilə ödə və qazan” lotereyasının sonuncu – üçüncü tirajı baş tutub. Avqustun 2-dən start götürün və 2 noyabradək davam edən stimullaşdırıcı lotereyanın sonuncu qalibləri artıq bəllidir. Bankın rəsmi Feysbuk hesabında canlı yayım zamanı müəyyənləşdirilmiş 6 qalibə hədiyyələri təhvil verilib. Qeyd edək ki, iştirakçılar xüsusi proqram təminatı vasitəsilə şərtlərə riayət etmiş tətbiq istifadəçiləri arasında təsadüfi seçim vasitəsilə qalib olublar.

Qaliblərin siyahısını təqdim edirik:

Cəbrayılov Nurlan – iPhone 12

Zeynalova Ziyafət – Samsung Note20

İsayev Tural – Apple watch 6

Soltanlı Elxan – Apple watch 6

Məmmədov Simran – Airpods Pro

Kazımzadə İqrar – Airpods Pro

Xatırladaq ki, lotereya iştirak hüququ verən şərtlər Rabita Mobile tətbiqi vasitəsilə Rabitəbanka məxsus krediti istənilən bank kartı ilə ödəmək və ya tətbiqdə qeydiyyatdan keçirilmiş hesaba digər bank kartları vasitəsilə mədaxil etmək idi. Hər iki əməliyyat istifadəçilərə banka gəlmədən, sürətli şəkildə əməliyyatı yekunlaşdırmağa imkan verir və bu halda nə Rabitəbank kartından, nə də digər bank kartından komissiya tutulmur.

Rabitəbankın nağdsız ödənişlərə təşviq edəcək kampaniya və aksiyalarının davamı olacaq. Bu və digər kampaniyalardan xəbərdar olmaq üçün Bankın rəsmi sosial media hesablarını izləmədə saxlayın.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: