FutbolIdman

“Real Madrid” 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub

İspaniya Superkubokunun cavab oyunu keçirilib.

Frame.az xəbər verir ki, “Real Madrid” “Santyaqo Bernabeu” stadionunda “Barselona” ilə qarşılaşıb.

Qarşılaşma “Real”ın 2:0 qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. Belə ki, matçın 4-cü dəqiqəsində Marko Asensio hesabı açıb. Oyunun 39-cu dəqiqəsində Kərim Benzema “Barselona”nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib.

Bununla da “Real Madrid” növbəti dəfə İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, ilk oyun avqustun 13-də Barselonada baş tutub və “Real”ın 3:1 qələbəsi ilə başa çatıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!