IdmanTəqdimatTəqdimatƏyləncə

Red Bull Doodle Art ən yaradıcı iştirakçını Amsterdama göndərir

Red Bull Doodle Art yeni nəsil rəssamları kəşf edən qlobal müsabiqədir. Sən öz cızma-qaranla qalib olub Amsterdamda keçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edə bilərsən. Möhtəşəm səslənir, elə deyilmi? 

Odur ki, qələm və kağızını götür, ağlında olan ideyaları doodle formasında çək, qeydiyyatdan keç və cızma-qaranı yüklə. Görək yaradıcılığın səni haralara aparacaq.  

Red Bull Doodle Art tələbələr və yaradıcı insanlar üçün unikal bir imkan yaradır. REDBULL.AZ/DOODLE-ART saytından qeydiyyatdan keçməklə bu imkandan yararlana bilərsən. 

Münsiflər heyəti yaradıcılıq, bədii bacarıq və həyata sevgini ifadə etmə meyarlarına görə ən yaxşı cızma-qaranı qalib seçərək Red Bull Doodle Art müsabiqəsinin Dünya Finalına göndərəcək.

Milli Finalçı 25-28 may tarixlərində Amsterdamda üç günlük inanılmaz bir təcrübə yaşayacaq: dünyanın müxtəlif ölkələrindən olan milli finalçılarla görüş, seminarlar, eksklüziv yaradıcılıq sessiyaları və nəhayət Red Bull Doodle Art 2023-ün qlobal qalibinin elanı. 

Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycanda yaşayan hər kəs iştirak edə bilər. 

Sənə lazım olan qələm, kağız və təxəyyüldür. 

Qeydiyyat linki: www.redbull.az/doodle-art

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!