IdmanTəqdimatƏyləncə

Red Bull Neymar Jr’s Five futbol turnirində ilk finalçılar məlum olub

Bakı şəhərində “Red Bull Neymar Jr’s Five” futbol turnirin seçim mərhələsi keçirilib. Paytaxtda baş tutan ilk seçimlərdə 100-ə yaxın komanda iştirak edib və Milli Finala vəsiqə uğrunda mübarizə aparıb. Turnirin qaydalarına əsasən Bakıdakı ilk seçimlərdən Milli Finala altı komanda vəsiqə qazanıb. Bunlar “Minionlar”, NA’Vİ, “Şirinlər”, Stars FC, “Pentatrick” və “Moteam” komandalarıdır.

Bakıda növbəti seçimlər 4-5 sentyabr tarixlərində olacaq. Daha sonra 12 sentyabrda Gəncə şəhərində son finalçılar müəyyənləşəcək.

“Red Bul Neymar Jr’s Five” futbol turnirində iştirak etmək istəyənlər onlayn qeydiyyat mərhələsindən keçməlidir. İştirakçı yerlər məhdud olduğundan qeydiyyata tələsməyi xahiş olunur. Gəncə seçimləri üçün qeydiyyat sentyabrın 10-da yekunlaşacaq.

Xatırladaq ki, “Red Bul Neymar Jr’s Five” – dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Yarışda yeddi nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçular 18-35 yaş arası olmalıdırlar.

Reqlamentə əsasən, turnirdə hər oyun 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandadan bir oyunçunu meydandan uzaqlaşdırır. Oyun, komandalardan birinin son oyunçusunun meydandan uzaqlaşdırılmasına və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçu sayı daha çox olan komanda qalib gəlir.

Qeydiyyat: www.redbullneymarjrsfive.com

Layihənin tərəfdaşları: AR Gənclər və İdman Nazirliyi, AFFA

Meydança – Sportster

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!