Roma’nın əfsanəsi Françesko Totti Bakıya gəlməyəcək

İtaliya mətbuatı yazır ki, buna səbəb komandanın sabiq kapitanının doğum gününün oyun gününə təsadüf etməsidir. Sabah 41 yaşı tamam olacaq əfsanəvi futbolçu bunu ailəsi və dostları ilə birgə qeyd etmək istədiyini bildirib. Bu üzdən Totti’nin Bakıya gəlişi reallaşmayacaq.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Qarabağ – Roma matçı saat 20:00-da başlanacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: