Baku City CircuitFormula 1

Ross Braun: Növbəti mövsüm Bakı şəhər halqasında bəzi texniki dəyişikliklər edəcəyik

İlk dəfədir Bakıya gəlirəm və şəhər halqası ilə tanış oluram. Burada yaradılmış şərait məni valeh etdi. Bakı çox gözəl şəhərdir.

Frame.az xəbər verir ki, bu sözləri Formula-1-in idman direktoru Ross Braun iyunun 23-də Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Trekin möhtəşəm olduğunu diqqətə çatdıran R.Braun yarışın uğurla təşkil edildiyini vurğulayaraq bildirib: “Yarışın yeni təşkilatçıları Formula-1-də yeniliklər etməyi planlaşdırırlar. Növbəti mövsüm Bakı şəhər halqasında bəzi texniki dəyişikliklər edəcəyik. Ekspertlər qrupu ilə birgə komandalar arasında fərqi aradan qaldırmağa, yarışın formatında dəyişikliklər etməyi nəzərdə tuturuq. Bütün bunlar tamaşaçıların bu yarışa marağının artırılmasına hesablanıb. Biz qısa zamanda böyük nailiyyətlərə imza ata bilmişik. Çalışırıq ki, yarışı daha az xərclə keçirmək mümkün olsun. Bunun üzərində işləyirik. Bu, ciddi araşdırmalar tələb edir. Gəlirimizin böyük hissəsini isə büdcəsi az olan komandaların inkişafına yönəldəcəyik. Belə olan halda rəqabət və baxımlılıq artacaq. Komandaların sayını da 12-13-ə qaldırmaq istəyirik”.

Yeni reqlamentin müəyyən baxımdan təsirini göstərdiyini Formula-1 eksperti qeyd edib ki, ötmələrin azalması aerodinamikanın zəifləməsi ilə nəticələnib. Bununla bağlı araşdırmalar aparılır və növbəti reqlament dəyişikliyi zamanı bütün bunlar nəzərə alınacaq. Bolidlərin dizaynı xüsusi texniki göstəricilərə görə hazırlanır. Biz iki bolidin hərəkəti zamanı hava axınının maneçilik törətməsinin qarşısını almaq üçün yeni dizayn istiqamətində də yeniliklər edəcəyik. 2021-ci ilədək əsas hədəflərdən biri bolidlərin motorunun yenilənməsi və güclənməsidir. Buna qədər digər ciddi dəyişikliklər də olacaq. Bu, maşının çəkisi və digər məsələlərdir ki, o da 2019-cu ilədək həyata keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!