FutbolIdman

“Səbail” səfərdə “Qarabağ”a böyük hesabla məğlub olub

İyunun 13-də Ağdamın “Qarabağ” futbol klubu Premyer Liqada yaranan fasilə zamanı ikinci yoxlama oyununu keçirib.

Lider Tofiq Bəhramov adına Respublika stadionunda “Səbail”i qəbul edib. Oyuna sürətli başlayan qonaqlar matçın 7-ci dəqiqəsində hesabı açıb. Bu qoldan sonra oyunda nəzarəti ələ alan komanda matçın 23-cü dəqiqəsində hesabı bərabərləşdirib. Qara Qarayevin zərbəsini qapıçı dəf etsə də, Mahir Emreli topu qapıdan keçirib. Matçın 42-ci dəqiqəsində isə Ovusu Kvabena cərimə zərbəsindən möhtəşəm qol vuraraq hesabı 2:1 edib. Matçın 86-cı dəqiqəsində isə Qara Qarayev baxımlı zərbə ilə hesabı 3:1 edib.

Əvvəlcədən planlaşdırıldığı kimi, qarşılaşma 3 hissədən ibarət olub. 90 dəqiqə yekunlaşdıqdan sonra əlavə 30 dəqiqə oynanılıb. Üçüncü hissənin sonlarına doğru ağdamlılar rəqib qapısından dördüncü topu keçirib. Ozobiç özü qurduğu hücumu dəqiq tamamlayıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!