SağlamlıqSosialTəqdimat

Şəhid Elşad Həsənovun yeni doğulan övladının zəruri xərcləri Fond tərəfindən qarşılanıb

“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a verilən məlumata görə, bu il aprelin 11-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Elşad Həsənovun Bakı şəhərində doğulan övladı Əzizin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Həmin məqsədlə min manat vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və beş min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Layihə indiyədək 107 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!