Mobil dünyaTəqdimat

Sənaye Sİ-ə güvənməyə hazırdır: hər 5-ci müəssisə bu texnologiyadan kibertəhlükəsizlikdə daha geniş tətbiqi planlaşdırır

Dünya üzrə sənaye şirkətlərinin 21%-i kibertəhlükəsizlik problemlərini həll etmək üçün süni intellekt texnologiyalarından istifadəni həm müvafiq xarici xidmətlər, həm də daxili məhsullar hesabına genişləndirməyi planlaşdırır. Kaspersky-nin daxili tədqiqat mərkəzinin analoji məlumatları* sənaye təhlükəsizliyi üzrə beynəlxalq tədbir olan “Kaspersky Industrial Cybersecurity Conference”də təqdim edilib.

Enerji şirkətləri süni intellekti informasiya təhlükəsizliyinə ən aktiv inteqrasiya etməyi planlaşdırmaqla ümumi müəssisələrin 25%-ni təşkil edir. Bu rəqəm nəqliyyat sənayesi üçün 21%, istehsal sektoru üçün isə 18%-dir.

“Sənaye sektoru hazırda süni intellektin eksperimental texnologiyadan əsas biznes və istehsal proseslərinə inteqrasiya olunan praktik alətə çevrildiyi bir mərhələdədir. Bu, səmərəliliyin artırılması üçün geniş imkanlar açır, həm də təhlükəsizliyə yeni bir yanaşma tələb edir. Riskləri yalnız süni intellektin tətbiqi mərhələsində deyil, eyni zamanda bu cür həllərin model seçimindən və giriş konfiqurasiyasından süni intellekt agentlərinin hərəkətlərinin monitorinqinə qədər bütöv həyat dövrü ərzində nəzərə almaq vacibdir”, – deyə Kaspersky-nin Rusiya və MDB-də Biznesin inkişafı üzrə vitse-prezidenti Anna Kulaşova bildirir.

Kaspersky 20 ildən çoxdur ki, təşkilatlara aktual biznes problemlərini həll etməyə kömək edən süni intellekt və maşın öyrənmə texnologiyaları hazırlayır. Şirkətin süni intellekt əsaslı məhsulları təhdidləri aşkarlayır, onların ciddiliyini qiymətləndirir və hadisələrə real vaxt rejimində cavab verir. Onlar daha məlumatlı qərar qəbul etməyə və təhlükəsizlik proseslərini miqyaslandırmağa kömək edir, bununla yanaşı, səmərəliliyi və şəffaflığı artırır. Məsələn, şirkətin SIEM sistemində və digər həllərində təşkilatlar daxilində təhlükəsizlik hadisələrini təhlil etmək üçün süni intellektdən istifadə edən analitik köməkçi Kaspersky Investigation and Response Assistant (KIRA) mövcuddur. Bu alət 2026-cı ildə Federal Əqli Mülkiyyət Xidmətində qeydiyyata alınıb.

*Sorğu 2026-cı ildə 10 ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatlarda kibertəhlükəsizliyə cavabdeh 1955 əməkdaşin iştirakı ilə aparılıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!