Səkkiz klubun iştirakına icazə verilib
Bu gün AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, aşağıdakı qərarı qəbul etmişdir:
1. Sənədləri qaydasında olan 8 klubun I divizionda iştirakına icazə verilib:
“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK
2. Müraciət etmiş aşağıdakı klublara isə sənədlərini tam təqdim etmək üçün 12 sentyabr saat 18:00-dək vaxt verilib.
“Binə” FK, “Şahdağ” (Qusar), “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı”
Frame.az