Sabah bəzi bölgələrdə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq
Azərbaycanda noyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Frame.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15°, gündüz 18-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində – 761 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Noyabrın 6-da Azərbaycan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-20° isti, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 17-20° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13°, gündüz 16-19° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 14-18° isti, dağlarda gecə 2-5°, gündüz 7-9° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərinin, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-16°, gündüz 17-20° isti, dağlarda gecə 9-11°, gündüz 15-17° isti olacağı ehtimalı var.