EventsPR-TanıtımTəhsilTəqdimat

“Şagird müəllimin aynasıdır ”adlı təlim keçirilib

3 Noyabr 2018-ci il tarixində Binəqədi Rayonu Gənclər İdman İdarəsində Binəqədi Rayonu Gənclər İdman İdarəsinin və “ABC Tədris və İnkişaf ” mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz – “ Şagird müəllimin aynasıdır ” adlı təlim keçirilib.

Təlimin mövzusu müəllim şagird və müəllim valideyn münasibətlərinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb.

Daha sonra çıxış üçün söz “ABC Tədris və İnkişaf” mərkəzinin rəhbəri Leyla Həsənovaya verilib. Leyla xanım tədbirin keçirilmə səbəbindən məlumat verərək sözü diğər təlimçilərə ötürüb.

Təlimçilər Sevda Tahirli, Zülfiyyə Vəliyeva , Allahverdi Məmmədov və Tayel Faziloğlu iki saatlıq təlimdə faydalı , maraqlı və yeni məlumatlarla dolu ürək sözlərini müəllimlərə çatdırıb.

Tədbir Leyla xanım tərəfindən keçirilən kiçik intelektual oyunla davam edib.

Sonda bütün iştirakçılar Təşəkkürnamə və sertifikatlarla təltif olunub, xatirə  şəkilləri çəkdirilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!