FinansIqtisadiyyatTəqdimatƏn SonƏn Son

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir!

Mastercard və Azər Türk Bank Azərbaycanın nağdsız cəmiyyətə keçidini dəstəkləməyə davam edən yeni kampaniya başladıb

Bildiyiniz kimi, ötən ilin avqust ayında texnoloji ödəniş sahəsində pioner şirkət olan Mastercard, Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Şamaxı şəhərində ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda nağdsız ödənişlərin qəbulunu təmin edən layihəyə start verdi. “inkart” layihəsi ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda Mastercard debet və kredit kartları ilə ödəniş etmək imkanı yaradan birgə layihədir.

Bu layihə çərçivəsində yeni kampaniyaya start verilib. 8 fevral 2021-ci il tarixindən 31 mart 2021-ci tarixinədək Şamaxı ictimai nəqliyyatındaMastercard və ya inkart kartları ilə ödəniş edənlər üçün sərfəli kampaniya başlayıb. Belə ki, kampaniya şərtlərinə əsasən, Şamaxı ictimai nəqliyyatında (şəhər daxili) qeyd olunan tarix aralığında həftənin bazar ertəsi və cümə günləri sərnişinlər istənilən Mastercard və ya Maestro kartı ilə ödəniş etdiklərində ilk gedişləri pulsuz olacaq. Başqa sözlə desək, sərnişin həftənin bazar ertəsi və ya cümə günü gün ərzində ilk dəfə ictimai nəqliyyatda öz Mastercard-ı ilə ödəniş edən zaman kartının balansından heç bir vəsait silinmir. Kampaniya  həmin gün eyni kart ilə ikinci gedişə şamil olunmur, yəni növbəti gedişlər üçün kartın balansından gediş haqqı silinir.

Xatırladaq ki, layihə çərçivəsində nəqliyyatda nağdsız ödənişlərin dəstəklənməsi üçün bütün zəruri infrastruktur yaradılıb. Belə ki, Şamaxı ictimai nəqliyyatında avtobuslarda nağdsız ödəniş etməyə imkan verən yeni nəsil validatorlar quraşdırılıb.  Həmçinin, “inkart” kartlarını dəstəkləyən vendinq avadanlıqları quraşdırılıb və avadanlıqların fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeyd olunan avadanlıqlar müştərilərə həm yeni “inkart” kartı əldə etməyə, həm də əldə edilmiş kartların balansını yoxlamağa və istənilən zaman (7/24) artırmağa imkan yaradır.

Eyni zamandawww.inkart.az saytı da istifadəçilərin ixtiyarına verilib və sayt vasitəsilə müştərilər layihə ilə bağlı zəruri məlumatları əldə etməklə yanaşı “inkart” kartlarının balansını da artırmaq imkanı əldə ediblər.

Müştərilər həmçinin “inkart” mobil tətbiqindən də istifadə edə və kartlarını 24/7 əsasda idarə edə bilərlər. Mobil tətbiq istifadəçilərə asanlıqla yeni kart əlavə etmək və ya mövcud kartı silmək, kartı bloka salmaq və ya blokdan çıxarmaq, ödəniş tarixçəsini izləmək, kart balansını artırmaq və kartdan karta pul köçürmək imkanı yaradır. Tətbiqi Rus və İngilis dillərində istifadə etmək mümkündür.

“Mastercard on ildən artıqdır yenilikçişəhər hərəkəti üçün həllər hazırlayır və tranzit təcrübələrini dəyişdirir. 250-dən çox şəhəri təmassız tranzit həlləri ilə hərəkətdə saxlayırıq. Tranzit Əməkdaşlıq Proqramıçərçivəsindəşəhər hərəkəti mütəxəsisləri ilə əməkdaşlıq edirik, insanları getmək istədikləri yerə təhlükəsiz və rahat bir şəkildə aparan həll yollarını tezləşdiririk, gələcək perspektivli tranzit infrastrukturuna maliyyə təşəbbüslərini müəyyənləşdiririk və daha genişşəhər rəqəmsallaşdırılmasının əsasının qoyuruq. Beləliklə, Şamaxı əhalisi avtobusda rahat gedişüçün sadəcəöz təmassız kredit, debit vəəvvəlcədən ödənilmiş Mastercard və Maestro kartlarını, həmçinin təmassız ödənişi dəstəkləyən mobil telefonlarınıistifadə edə bilər, həm də həftədə iki dəfə pulsuz”, deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar qeyd edib.

“Bildiyiniz kimi, ötən ilin avqust ayında Dövlət bankı Azər Türk Bank, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Mastercard beynəlxalq ödəniş sistemi Şamaxı şəhərində ölkədə ilk dəfə olaraq ictimai nəqliyyatda nağdsız ödənişlərin qəbulunu təmin etdi və bu məqsədlə bütün zəruri infrastruktur yaradıldı. Layihəyə marağı artırmaq və nəqliyyatda nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə layihə çərçivəsində həmçinin kampaniyaya da start verilmişdir. Belə ki, 8 fevral tarixindən etibarən həftənin bazar ertəsi və cümə günləri istənilən Mastercard, Maestro kart və “inkart” kart sahibləri üçün Şamaxı şəhəri daxilində sərnişin avtobuslarının xidmətindən istifadə zamanı ilk gediş ödənişsiz olacaqdır. Daha ətraflı məlumat www.inkart.az səhifəsində əldə oluna bilər,” deyə Azər Türk Bankın Ödəniş Kartları Departamentinin Direktoru Namid Abdulov bildirib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!