Samsung smartfonları Azercell ilə daha sərfəlidir!

Yeni “Samsung Galaxy A33” və “Samsung Galaxy A53” smartfonlarını “Azercell”dən əldə et, 3 ay ərzində Sərbəst tarif paketlərini hədiyyə qazan!

“Azercell Telekom” MMC və Samsung şirkəti növbəti əməkdaşlığa imza atır. Dekabr ayının 15-dən etibarən ölkənin lider mobil operatoru yeni Sim-Sim (Fakturasız xətt) nömrə ilə yanaşı, “Samsung A33” və “Samsung A53” smartfonlarını əldə edən abunəçilərinə Sərbəst tarif paketlərini hədiyyə edir! Odur ki, kampaniya çərçivəsində Azercell Eksklüziv mağazalarından “Samsung A33” alan abunəçilərə Sərbəst 10, “Samsung A53” əldə edən abunəçilərə isə Sərbəst 15 tarif paketi 3 ay ərzində ödənişsiz əsaslarla təqdim edilir.

İstifadəçi rahatlığı, yüksək məhsuldarlığı və funksionallığı ilə seçilən Samsung telefonlarının texniki xüsusiyyətləri və “Azercell Eksklüziv” mağazalarının ünvanları ilə tanış olmaq üçün bu linkə daxil olmaq lazımdır. Sərbəst tarif paketləri haqqında ətraflı məlumatı isə bu səhifədən almaq mümkündür.

Xatırladaq ki, Sərbəst 10 tarif paketi çərçivəsində abunəçilərə hər ay 2GB internet və 350 ölkədaxili dəqiqə, Sərbəst 15 tarifində isə 5 GB internet və 500 ölkədaxili dəqiqə təqdim edilir. Həmçinin Sərbəst tarif paketləri müştərilərinə feysbuk mesencer və vatsap tətbiqləri vasitəsilə 1GB həcmində pulsuz yazışma imkanı verir.

Qeyd edək ki, ən müasir texnologiyaları abunəçiləri üçün daha əlçatan etməyi hədəfləyən “Azercell” dünyanın ən qabaqcıl brendləri ilə birgə əməkdaşlıqda sərfəli kampaniyalar keçirməyə davam edəcək!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: