EventsQalereyaSərgiTəqdimat

“Yaradıcı Gənc Əllər” adlı sərgi-tədbir keçirilib

2 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Xətai Sənət Mərkəzinin təşkilati dəstəyi ilə Nigar Yusupovanın layihə rəhbəri olduğu “Yaradıcı Gənc Əllər” adlı sərgi-tədbir həyata keçirilmişdir.

Layihənin məqsədi ölkəmizdəki yaradıcı, bacarıqlı gənclərə dəstək olmaq, onları tanıtmaq və yaradıcı gənclərin sayını artırmaq idi.

Tədbir   müddətində müxtəlif növ əl  işləri,  rəsm əsərləri , muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmlər təqdim  olundu. Cənubi Koreyaya aid bəzək əşyaları, jurnallardan ibarət guşəgələn qonaqlara təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkə – Cənubi Koreya mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olmağa şərait yaratdı.
Sərgidə   ümumilikdə   50-dən artıq gəncin əl işləri və rəsmləri nümayiş etdirildi. Tədbirə gələn qonaqların sayı 200 nəfərdən çox idi. İştirakçılara təbii ağacdan xüsusi hazırlanmışbəciklər təqdim olundu.
Tədbir    istedadlı gənclər CavidanFatihi və Sevinc Rəhimovanın royal və gitarada ifaları ,  həmçinin   yaradıcı gənclərdən biri olan Natiq Musazadənin moda  nümayişi  ilə  yadda qaldı.

İnsanları sərgilərə və bu kimi tədbirlərə ziyarət etməyə həvəsləndirməkvə motivasiya etmək məqsədi ilə nəzərdə tutulmuşhədiyyəligiriş  biletləri  oynanıldı.

Dünya dəyişir, mədəniyyət sisteminə yeni baxış formalaşır. İncəsənət dünyasında da bir sıra yeni dəst-xətlər yaranır. Azərbaycan rəssamlığı , incəsənəti də zamanın bütün dövrlərində dünya mədəniyyətinə öz tövhəsini vermişdir. Əminik ki, “Yaradıcı Gənc Əllər” tədbiri, müasir gənclər üçün incəsənətə yeni baxışın formalaşmasına xidmət edəcəkdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!