“Sevgi dünyası” adlı sərgi təşkil olunacaq
Fevralın 11-12 tarixlərində saat 11-00-dan 20:00-dək Park Bulvarda “Bacarıqlı Əllər Dünyası” İB-nin təşkilatçılığı və “Azərsun Holding” in dəstəyi ilə əlilliyi olan fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış sərgisi təşkil olunacaq.
Qeyd edək ki, “ Bacarıqlı Əllər Dünyası “ İB tərəfindən bu qəbildən olan çox saylı tədbirlər, sərgilər təşkil olunub. Bu sərgilərin keçirilməsində əsas məqsəd əlilliyi olan fiziki məhdudiyyətli şəxslərin rifah halının yaxşılaşdırılması, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətini cəlb edərək onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir .
“Bacarıqlı Əllər Dünyası”
Mətbuat xidməti
Frame.az