Fərqanə Qasımlının fotoları beynəlxalq festivalda nümayiş olunub
Türkiyənin Bursa şəhərində 13 Bursa Beynəlxalq Fotoqraf Festivalı (BursaFotoFest) keçirilib.
Festivala Türkiyədən və dünyanın hər yerindən usta fotoqraflar dəvət olunub. Festivalda Azərbaycandan, Şimali Kipr Türk Respublikasından, Bosniya-Hersoqovinadan, Kosovodan, Macarıstandan və ölkənin hər bir coğrafiyasından fotoqraflar öz əsərləri ilə qonaq olub. Türkiyənin ən böyük festivallarından biri olan BursaFotoFestin hədəfi türk və dünya fotoqrafiyasını Bursada bir araya gətirməkdi.
BursaFotoFest bu ilki Festival Türkiyə Cumhuriyyətinin yaranmasına həsr olunub. Cumhuriyyətimizin 100.İlində “Yüzilin İzləri” mövzusunda keçirilən festivala Azərbaycandan Beynəlxalq dərəcəli fotoqraf, Azərbaycan Fotoqrafları Birliyinin təftiş komisiyasının sədri Fərqanə Qasımlı dəvət olunub. Sərgidə 2020-ci il ikinci Qarabağ müharibəsində qazanılan zəfər günündə çəkilən fotolar “Zəfər günü”adı ilə sərgilənib.
BursaFotoFestin açılış mərasimi noyabırın 3-ü keçirilib. Açılış mərasiminə Bursa millət vəkili Emine Yavuz Gözkeç və tanımış simalar qatılıb.
Festival noyabrın 12-nə kimi Merinos AKKM –də (Atatürk Mədəniyyət Konqres Mərkəzi ) davam edəcək.