TurizmTəqdimat

Azərbaycanın turizm imkanları İstanbul Hava Limanında nümayiş olunur

Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.

Təbliğat videoçarxları türkiyəli, həmçinin əcnəbi səyahətçiləri cəlb etmək, Azərbaycanı əsas turizm destinasiyası kimi nümayiş etdirmək məqsədilə “Duty-Free” ərazisində 14 videomonitor, giriş və çıxışda 2 idarəedici “mega lightbox” və pasport nəzarəti hissəsində yerləşdirilən 4 monitorda təqdim edilir.

Həmçinin 8 Noyabr – Zəfər Günündə İstanbul Hava Limanın bir çox nöqtələrində Şuşa şəhərinin görüntülərinin nümayiş olunması ziyarətçilərin xüsusi marağına səbəb olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövründə Azərbaycan Türkiyədən 308 942 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% artımdır.

VİDEO: https://youtu.be/ltB9mBBu2WA

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!