IdmanTəqdimatTəqdimat

Şimali Makedoniya Respublikasının idman naziri Borko Ristovskinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir

Şimali Makedoniya Respublikasının idman naziri Borko Ristovskinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində sentyabrın 24-də nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib.

 

Sonra gənclər və idman naziri Fərid Qayıbov nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdən əvvəl Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Şimali Makedoniya Respublikasının İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Görüş zamanı Azərbaycan ilə Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!