“SOCİAL TEA” adlı layihə keçirilib

18 mart 2018-ci il tarixində “Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsində “Sumqayıt Gənclər evi” və” Sağlam Düşüncə Gənclər Təşkilatı”nın tərəfdaşlığı ilə “SOCİAL TEA” adlı layihə keçirilmişdir.

Elmir Səmədzadənin fərdi layihəsi olan “SOCİAL TEA” layihəsi Erasmus+ assosasiyasının “TİME FOR TEA” proqramı əsasında həyata keçirilmişdir .Layihənin məqsədi gəncləri müxtəlif mövzularda marifləndirmək, eyni zamanda dəyirmi masa ətrafında müzakirlər apararaq “Gənclərin Regional İnkişaf Strategiyası” haqqinda ilkin biliklər almaqdan ibarətdir.

Layihənın ilkin mərhələsində dəvət olunmuş 4 spikerlərin çıxışı dinlənilmişdir.Layihədə Azərbaycan Gənclərinin yerli və beynəlxalq layihələrdə aktivliyi,eyni zamanda Azərbaycan gəncliyinin kitablara olan marağı müzakirə olunmuşdur.Dəyirmi masa ətrafında əyləşən iştirakçılar spikerlərə öz sualları ünvanlamışdılar.

Layihənin 2ci mərhələsində isə iştirakçılar spikerlərdən aldıqları məlumatlara əsasən “Gənclərin Regional İnkişaf Strategiyası”na uyğun olaraq öz fikrlərini səsləndirmiş və bunu incəsənət nümunələrindən istifadə edərək təqdim etmişdirlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: