EkologiyaSağlamlıqTəqdimat

Son iki gündə meşə fondu torpaqlarında 30 mindən çox ağac əkilib

Bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam etdirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, martın 22-23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə Oğuz, Şirvan, Zaqatala, Şamaxı, Lənkəran, Bərdə, Tovuz, Qəbələ, Sabirabad və Şəki rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 30 mindən çox ağac əkilib, 100 kiloqram toxum səpilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!