“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzindən növbəti sosial layihə
“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi Azərbaycan Uşaq Fondu ilə birlikdə ölkəmizin müxtəlif regionlarında Cümhuriyyətin 100 illiyinə həsr etdiyi “SƏLİS gələcək” adlı silsilə sosial layihələrdən növbəti layihəni Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində həyata keçirilib.
Tədbir başlamazdan əvvəl “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva və kollektivi Ümummilli Liderin abidəsinin önünə gül-çicək dəstəsi qoyub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Daha sonra layihə çərçivəsində psixoloji, nitq qüsurlu, kəkələməsi olan, autizmli və bir sıra digər problemli uşaqlarda xüsusi avadanlıqlarla erkən diaqnozun qoyulması və müayinəsi, həmçinin valideynlər və uşaqlar üçün xüsusi maarifləndirici proqram həyata həyata keçirilib. Xavər Abdullayeva bildirib ki, 11 ildir fəaliyyət göstərən mərkəzdə bu günə qədər yüzlərlə müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, əqli cəhətdən geri qalmış və s. uşaqlara dəstək göstərilib.
Cümhuriyyərin 100 illiyi münasibətilə təşkil olunan“SƏLİS gələcək” silsilə sosial layihənin davamı 23 iyun tarixi, saat 10:00-da Bərdə rayonunda təşkil olunacaq. Qeyd edək ki, daha əvvəl layihə Qobustan və Şamaxı rayonlarında həyata keçirilib.
Qeyd edək ki, “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi Bakı şəhəri, N.Nərimanov rayonu, F.Xoyski küç.169A ünvanında yerləşir. Daha ətraflı məlumatı mərkəzin sosial media hesablarından və telefon vasitəsilə (0124089810, 0553723311) əldə edə bilərsiz.
Frame.az