SosialTəqdimat

“Fərqinə Var!” adlı sosial layihənin təqdimatı keçirilib

30 May 2019-cu il saat 19:00-da Nizami Kino Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin “Fərqinə Var!” adlı sosial layihəsinin təqdimatı keçirilib.

“Fərqinə Var!” sosial mesajlı layihənin məqsədi dövlətin daima yürütdüyü sosial yönümlü siyasətini davam etdirməkdən ibarətdir.

Qeyd edək ki, keçirilən sosial layihənin əsas hədəfi diqqətdən kənar qalan yeniyetmə və gəncləri cəmiyyətin nəzərinə çatdırmaq istiqamətində bir sıra işlər görməyə dəstək olaraq cəmiyyətlə bu kimi fərdlər arasında mövcud olan maneələri aradan qaldırmaqdır.

Tədbirin təşkilatçısı Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi ilə Ailə, Qadın və Uşaqların İnkişafına Dəstək İctimai Birliyinin  təsisçi rəhbəri, “Fərqinə Var!” layihə rəhbərlərindən biri Dilşad xanım Musadır.

Tədbirdə 1 aydan çox bir müddətdə Daun sindromlu, fiziki məhdudiyyətli və tipik uşaqların bir arada Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzində layihənin təqdimatı üçün gördükləri hazırlıqlarından ibarət video süjet nümayiş etdirilib, uşaqlar arasında heç bir fərq olmadan necə mehriban vaxt keçirildiyi diqqət mərkəzinə gətirilib.

Tədbiri ürək sözlərilə “Fərqinə Var!” layihə rəhbərləri açıq elan edib və tədbirin təşkilatı dəstəyi Modern Hospital və həkimləri pediatr Səbinə Nurəliyeva, psixiatr Yasəmən Səmədova öz çıxışlarında uşaqlar haqqında vacib tövsiyyələrini  gələn qonaqlara çatdırıblar. Layihənin digər təşkilati dəstəyi ABC Tədris və İnkişaf Mərkəzinin loqoped və psixoloqları uşaqlara pulsuz diaqnostika ediblər. Travmatoloq – ortoped Amir Bədəlov, Oftalmoloq Elvin Yadigarov bir həkim olaraq öz dəstəklərini əsirgəmədən layihə çərçivəsində həkimlərə müraciət edən aztəminatlı ailələrin uşaqlarını pulsuz müayinə və əməliyyatını həyata keçirəcəklərini söyləyiblər. Hər zaman xeyirah işləri ilə yadda qalan Hacı Nuran Hüseynov tədbirdə iştirak edərək bu tipli layihələrə və Dəcəl Balam ailəsinə dəstək olacağını qeyd edib. Məhdudiyyətləri olmasına baxmayaraq həyatda uğur qazanmış görkəmli şəxsiyyətlər Aynur Məmmədova, Asif Qasımov, Mətanət Qüdsi, Elçin Qasımov, İlqar Kazımov , Xəqani Quliyev, Səbuhi Talıbov öz çıxışları ilə zalda əyləşən hər bir kəsə uğur qazanmaları üçün stimul olublar. Tədbir müddətincə tamaşaçılara əyləncəli, maraqlı kompozisiyalar, tanınmış müğənnilərin ifasında musiqi çıxışları təqdim olunub. Bundan əlavə, tədbirdə Azərbaycanın məşhur ictimai xadimləri, QHT rəhbərləri, tanınmış insanlar, həkimlər, bir sözlə, istənilən peşə sahəsindən tanınmış şəxslər iştirak edib.

Tədbirdə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi  və Əlilliyi Olan Uşaqların İdmana İnteqrasiyası İctimai Birliyinin  uşaqları tərəfindən maraqlı flashmob çıxışları ifa olunub, iştirakçılar və layihəyə dəstək olan tanınmış şəxslərə “Təşəkkürnamə”lər təqdim edilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!