IdmanTəqdimat

Strasburqda Ümumdünya Antidopinq Agentliyinin Avropa Komitəsinin 62-ci iclası işə başlayıb

Noyabrın 8-də Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 62-ci iclası işə başlayıb.

Frame.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə təmsil edir.

İki gün davam edəcək iclasda milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edəcəklər.

Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən – 61-ci iclasın hesabatını dinləyib, CAHAMA-nın növbəti görüşlərinin planlaşdırılması da daxil olmaqla, inzibati məsələləri nəzərdən keçiriblər.

Əsas diqqətin antidopinq siyasəti ilə bağlı məsələlərə yönəldiyi sessiyada Antidopinq Konvensiyasının məsləhətçi qruplarının nümayəndələri və digər ekspertlər WADA-nın prioritetlərinin müzakirəsində yaxından iştirak ediblər.

CAHAMA-nın növbəti görüşü antidopinq sahəsində səylərin inkişaf etdirilməsi və bu sahədə əlaqəli problemləri həll etmək üçün həlledici görüş olacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!