“Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilib
Beynəlxalq Suluboya Cəmiyyəti (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “IWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə iyulun 23-də “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilib.
Frame.az xəbər verir ki, müzakirə akvarel sənətinin bugünkü inkişafı, Azərbaycan rəssamlarının əsərlərində yer verdiyi bu texnikanın tətbiqinə, qədim ənənələrə malik sahənin inkişaf tendensiyalarına və ölkəmizdə keçirilən akvarel sərgisinin əhəmiyyətinə həsr olunub.
Qeyd edək ki, ölkəmizdə Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması, nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə rəssamlar arasında akvarel müsabiqələri və sərgilərin təşkil edilməsi həmin sahədə çalışan insanların da böyük marağına səbəb olur.
Müzakirə Xətai Sənət Mərkəzində təşkil olunub.