Şumaxerin çempion olduğu maşın 6,6 milyon dollara satılıb
Əbu-Dabidə keçirilən hərracda alman yürüşçü Mixael Şumaxerin 2002-ci il mövsümündə, özünün beşinci çempionluq ilində çıxış etdiyi “Ferrari F2002” maşını satışa çıxarılıb. Mixael Şumaxer bu bolidin sükanı arxasında San-Marino, Avstriya və Fransa Qran-prilərinin qalibi olub. Həmin mövsümdə onun hesabında ümumilikdə 17 yürüşdə 11 qələbə olub. Avtomobil 6,6 milyon dollara satılıb.
Frame.az xəbər verir ki, 50 yaşlı Şumaxer Formula 1 yarışlarının yeddiqat çempionudur. O, ilk iki titulu 1994-cü və 1995-ci illərdə – “Benetton” komandasında çıxışı zamanı qazanıb, sonra isə 2000-2004-cü illərdə “Ferrari”nin pilotu olduğu vaxtda mövsümlərin yekunlarına görə daha beş dəfə ən güclü yürüşçü olub.
Mixael 2013-cü ildə daş xizəkçiliyi kurortunda yıxılaraq ağır kəllə-beyin travması alıb. Pilotun ailəsi onun sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verməməyi üstün tutur.