Sumqayıt abunəçiləri üçün yeni Azercell Eksklüziv
Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun mağazalarının sayını paytaxt və regionlar boyu artırmaqda davam edir.Belə ki, Azercell 12 mart tarixindəSumqayıtdayeni konsepsiyaya uyğunEksklüziv mağazasının açılışını edib.Sumqayıt şəhəri, 11-ci m/r, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindəyerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərəcək bu mağaza da həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.
Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki, açılış günündəSumqayıt Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə edə biləcəklər.
Azercell Telekom yaxın il ərzindəyeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.
Frame.az