IqtisadiyyatTəqdimat

Sumqayıt Texnologiyalar Parkı daha bir uğura imza atıb

Regionun ən iri sənaye müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkı (STP) MMC 5-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edib və “ən kreativ stend” olaraq mükafatlandırılıb.
Şirkətin mətbuat xidmətindən Frame.az-a verilən məlumata görə, 2011-ci ildən davamlı olaraq sərgiyə qatılan Sumqayıt Texnologiyalar Parkı bu il də neft-qaz sektoruna yeni innovativ məhsul və xidmətlərini sərgiləyib.
Qeyd edək ki, sərgidə STP-nin stendi böyük maraq doğurub. Belə ki, müəssisənin nümayəndələri iştirakçılara neft və qaz sənayesində təqdim edilən məhsul və xidmətlər, əldə olunan uğurlar, qurumun ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə ətraflı məlumat verib. 38 ölkədən 312 neft-qaz şirkətinin iştirak etdiyi “Caspian Oil and Gas” sərgisi bu gün başa çatır. Həmçinin onu da əlavə edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi mayın 30-da ilin ilk ixrac missiyasını Rusiyanın Həştərxan vilayətində təşkil edib. İxrac missiyasında müsabiqə əsasında seçilmiş 30 yerli şirkətin nümayəndəsi iştirak edib. STP də beynəlxalq sərgidə ölkəmizi təmsil edən şirkətlərdən biri olub. Sərgidə neft-qaz sektoru, telekommunikasiya, inşaat, enerji, kənd təsərrüfatı üçün istehsal olunan məhsullar barədə geniş məlumatlar verilib. Təqdim edilən məhsulara orta və yüksək gərginlikli güc kabelləri, polimer məmulatlar, sendviç panel, PVC lövhələr və digər məhsullar daxildir. Missiya çərçivəsində STP və Rusiya şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!