EkologiyaSağlamlıqTəqdimat

“Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə martın 18-də “Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tullantı olaraq şüşə butulka və ya banka qəbul olunur, şüşə butulka və ya bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq. Ümumi tutumu 5 litr olan şüşə banka və ya butulkaya 1 ekoçanta və ya 1 ting veriləcək. Daha çox tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara kitab hədiyyə ediləcək.

Aksiya Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov, 5k (Şüşəli bazarın yanı) ünvanında yerləşən “Araz Supermarket”də saat 12:00-dan 13:00-dək keçiriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!