IdmanTəqdimat

Şuşa mötəbər basketbol yarışına ev sahibliyi edəcək

Xəbər verdiyimiz kimi, mayın 20-21-də Astarada qadınlar arasında 3×3 basketbol üzrə dünya qadın seriyasının oyunları keçiriləcək. Turnirdə 3×3 qadın milli komandamızla yanaşı, ikisi klub olmaqla, ümumilikdə, 12 komanda iştirak edəcək.

Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər veririk ki, Astaradan sonra Şuşa və Bakı da mötəbər basketbol yarışlarına ev sahibliyi edəcəklər.

Astarada təşkil olunacaq turnirdə Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriyanın yığma komandaları, Çinin “Yuanda” və yerli “Neftçi” klubları mübarizə aparacaqlar.

Qeyd edək ki, 3×3 basketbol üzrə dünya qadın seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!