MotivasiyaPsixologiya

Svami Cotirmaya ilə “Happiness” proqramı

8 may saat 19:00 da qeyri-adi dərinliyə və daxili gücə malik müəllim Svami Cotirmaya ilə 3 günlük “Happiness” proqramı başlayır. Ondan saçan müdriklik və rahtlığa bizi bürümək və ilhamlandırmaq üçün o, yeniden bizimlə görüşə gəlir.

Svami Cotirmaya Şri Şri Ravi Şankarın böyük şagirdlərindən biridir. “The Art of Living” beynəlxalq fondunun müəllimi olaraq o, stresdən azad cəmiyyət qurmaq məqsədilə bütün dünyanı səyahət edir.

40-dan çox Avropa ölkəsini, həmçinin Uzaq, Orta və Yaxın Asiya ölkələrini səyahət etməklə Svami Cotirmaya qədim hind müdrikliyinə əsaslanaraq, insanlara öz bədənləri, nəfəsləri və ağılları ilə düzgün davranmağı öyrədir. Bir çox ölkələrə səyahət edərək o, “Happiness”, “Sükut sənəti”, “Sağlamlıq və xoşbəxtlik üçün Yoqa və müdriklik”, “Meditasiya sənəti” kimi müxtəlif kurslar keçirir.

Həmçinin o, “The Art of Living” qurumunu Dünya İqtisadiyyatı Forumunda (Dehli, 2012) və Dünya Mədəniyyətləri Festivalında (Dehli, 2011) təmsil etmiş, NATO, YUNESKO və BMT-nın təmsilçiləri ilə görüşlər keçirmişdir.

Kursun proqramına daxildir:
– Unikal nəfəs texnikaları kompleksi;
– Yoqa əsasında hərəkətlər və təlimlər;
– Relaksasiya və meditasiya prosesləri;
– Ağlı və emosiyaları idarə edən biliklərə yiyələnmək;
– Həyat tərzi və düzgün qidalanmaq haqqında biliklər.

Bu seminarın əsasını mükəmməl nəfəs texnikası olan – Sudarşan Kriya əhatə edir. Bu texnika neqativ düşüncələri yox edir, orqanizmi təmizləyir, daxili orqanların həyat funksiyasını yaxşılaşdırır və əqli rahatlığı bərpa edir.

Müstəqil tədqiqatlar göstərir ki, Sudarşan Kriya və onu əhatə edən praktikalar əhəmiyyətli dərəcədə:
– kortizolun (stres hormonu) səviyyəsini aşağı salaraq stresi azaldır;
– immun sisteminə müsbət təsir göstərir;
– xolestirini azaldır
– həyəcan və depressiyadan azad edir (həm başlanğıc, həm də dərin mərhələdə)
– beynin funksiyasını aktivləşdirir (əqli konsentrasiyanı və tarazlığı artırır, stresdən mühafizə edir)

“Happiness” (18+) kursunun detalları:
Proqramın başlama tarixi:
8 may / 19:00-22:00
9 may / 19:00-22:00
10 may / 19:00-22:00
Proqramın müddəti: 3 gün
Proqramın qiyməti:
İlk dəfə bu proqramı keçənlər üçün – 90 AZN
Təkrar keçənlər üçün – 50 AZN

Ünvan: Badamdar Oteli

Tələbələr və təqaüdçülər üçün 30% endirim
Kurs haqqında ətraflı məlumat və qeydiyyat üçün əlaqə telefonları: (050) 431 42 01 / (055) 575 68 82. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!