“Təbiət hadisəsi olan Yanar Dağın turizmdəki rolu” mövzusunda seminar təşkil olunub
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin ayrı-ayrı fakültələrinin I kurs tələbələrinə “Təbiət hadisəsi olan Yanar Dağın turizmdəki rolu” mövzusunda seminar təşkil olunub.
Seminar “Yanar Dağ” Tarix-Mədəniyyət və Təbiət Qoruğunun elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ceyhun İsmayılov tərəfindən keçirilib.
Seminarda “Yanar Dağ” qoruğunun Azərbaycan tarixində rolu və onun yerli ekologiyanın qorunmasında əsas funksiyası barədə məlumat verilib.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.