Frame LifeSosialTəqdimat

“Təhsil Avtobusu-2017” Yay Məktəbinin 7 bölgəyə səyahəti başa çatıb

“Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq ikinci ildir ki, həyata keçirilən7 bölgəyə səyahət edərək 200-ə yaxın tələbəni əhatə edən “Təhsil Avtobusu-2017” Yay Məktəbi layihəsi başa çatıb.

Layihəyə uyğun olaraq, 24-31 iyul tarixlərində Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edərək tələbələr üçün hər biri bir gün olmaqla yay məktəbləri təşkil olunub. Yay məktəblərində sözügedən bölgələrin orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan 200-ə yaxın tələbəsi iştirak edib.

Layihə müddətində tələbələr “Biznesə necə başlamalı”, “İKT Karyerası”, “My Future is STEAM”, “Sığortalanan gələcək”adlı təlimlərdə iştirak ediblər. Həmçinin, tələbələr “Nə? Harada? Nə zaman?” intellektual oyununa qatılıblar.  

“Təhsil Avtobusu-2017” Yay Məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyi, “ENGİN” şirkətinin, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Edutainment.az”, “İstək” liseyi, “SABAH” qrupları, “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evi, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə həyata keçirilib.

2016-cı ildə keçirilən proqram nəticəsində 8 gün ərzində 2000 km yol qət edilib, Bakı və 4 rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.

“Azərbaycan üçün Öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!