IdmanTəqdimat

Tahir Abdullayevin UFC Fight Night Baku-da döyüşəcəyi rəsmən təsdiqlənib

Azərbaycanlı idmançı Tahir Abdullayev (21-3) UFC təşkilatı ilə müqavilə imzalayıb və UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turnirinin iştirakçısı olacaq.

Yarımorta çəki dərəcəsində onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq.

Tahir Abdullayev UFC ilə müqavilə imzalayan beşinci azərbaycanlı döyüşçü olub.

UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turniri 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycanlı təmsilçi Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci-əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin “Shara Bullet” Maqomedov Michel Pereira ilə vuruşacaq.

Turnir çərçivəsində daha iki azərbaycanlı döyüşçü – Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onların rəqibləri uyğun olaraq braziliyalı Mateus Kamilo və ABŞ-lı Erik Nolan olacaqlar.

Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!