EventsTəqdimatƏn SonƏn Son

“Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilib

İyulun 4-də “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilib.

Frame.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən ərsəyə gətirilən kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə, ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-cu il deportasiyasına yer verilib.

Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Cənubi Qafqazın erməniləşdirilməsi siyasətindən, XIX əsrin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçünün başlanmasından danışıblar. Bildiriblər ki, bölgənin erməniləşdiriməsi siyasətinin əsas tutulması ilə buna paralel şəkildə tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına başlanılıb. Tarixdə ilk erməni dövlətinin 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində yaradılmasından, Ermənistan adlanan dövlətin tarixi Azərbaycan ərazilərində qurulması haqqında məlumatlar verilib. Qeyd olunub ki, XX əsrin əvvəllərində Rusiyanın mərkəzi əyalətlərindən rusların, İran və Türkiyədən isə ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirilib və ermənilərin bölgəyə gəlməsi ilə tarixi torpaqlar iğtişaş və münaqişə mərkəzinə çevrilib. İyirminci əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb. Azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar dağıdılıb.

Tədbirin sonunda iştirakçılar tərəfindən əsrlər boyu azərbaycanlıların yaşadığı indiki Ermənistan respublikasındakı ərazilərdə erməni dövlətinin həyata keçirdiyi maddi-mədəni abidələrin məhv edilməsi və erməniləşdirilməsi ilə bağlı UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciət olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!