Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində 189-190№li orta məktəbinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADMİU-nun tələbələri və 189-190№li orta məktəbinin şagirdləri çıxış ediblər.
Tələbələrin ifasında Tofiq Quliyevin , Emin Sabitoğlunun, Cahangir Cahangirovun,Müslüm Maqomayevin, Sevil Əliyevanın əsərləri səsləndi.
Məktəbin şagirdləri Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin əsərlərindən parçalar, Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Zəlimxan Yaqubun, Məmməd Arazın şerlərini səsləndiriblər.
Gənc ifaçıların çıxışları sürəkli alqışlarla qarşılanıb.
Frame.az