EventsSosialTəqdimat

Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı

Frame.az xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə ABC Tədris və İnkişaf Mərkəzində dəhşətli faciənin iştirakçıları ilə tədbir keçirilib.

Bunu AQSİA-nın Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib.

Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışıblar. Xocalı əvvəlcə dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, bundan sonra şəhər artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulub, şəhərdə qısa müddət ərzində yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Xocalı bir gecəyə yerlə-yeksan edilib. Məqsədləri ancaq dinc əhaliyə qarşı qırğın törətmək olan erməni silahlıları heç nə qarşısında dayanmayıblar. Şəhəri tərk etmək məcburiyyətində qalan yerli sakinlər dağ və meşələrə qaçıblar. Silahlanmış ermənilər hər yerdə dinc əhalini güllələyiblər, onlara amansızlıqla divan tutublar. Bununla da soyuq, qarlı fevral gecəsində çoxlu qoca, qadın və uşaq əsir düşüb, girov götürülüb və amansız zorakılığa və təhqirlərə, çox əzablı ölümə məruz qalıb. Nə qədər insan erməni silahından meşə və dağlara qaçsa da onların əksəriyyəti soyuq və şaxtadan ölüb… Bu, əsl soyqırımdır.

Çıxış edənlər Gülnarə Xəlilova və ABC Tədris və İnkişaf mərkəzin rəhbəri Leyla Həsənova qeyd ediblər ki, Xocalı faciəsi erməni millətçiləri və işğalçılarının Azərbaycan xalqına qarşı 200 ildən artıq müddət ərzində apardığı etnik təmizlik və soyqırım siyasətinin qanlı səhifəsidir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, həm də bütün bəşəriyyət tarixində ən qanlı hadisə kimi yadda qalacaq. Ermənistanın Azərbaycana qarşı davam edən aqressiyası dövründə törətdiyi hərbi cinayətlər, bəşəriyyətə qarşı cinayət və soyqırım öz hüquqi qiymətini və layiqli cəzasını tapmalıdır. Erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalı üçün ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin müstəsna rolu qeyd olunub.

Qeyd edək ki, Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ətraf yeddi rayon – Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Tərəflər 1994-cü ilin mayında atəşkəs rejiminə nail olublar, indiyədək ATƏT-in Minsk qrupunun himayəsi altında və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələlik uğursuz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik ərazilərin azad edilməsi üzrə dörd qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

span style=”color: #000000; background-color: #ffffff;”>Porno Gratis Porno Anal 【 HD Porno 】 ᐈ Mes Porno Gratis XHamster ᐈ Mes Porno Gratis

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!