Baku 2017

Tennis yarışlarının beşinci günü iranlı və türkmənistanlı idmançılar üçün uğurlu olub

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə Bakı Tennis Akademiyasında kişi tennisçilər arasında fərdi və cütlüklərin yarışına start verilib.

Frame.az xəbər verir ki, gün ərzində altısı fərdi, ikisi isə cütlüklərin oyunu olmaqla səkkiz qarşılaşma keçirilib. Fərdi görüşlərdə iranlı atlet Əmirvala Mədənçi iordaniyalı Musa Alkotopa hər iki setdə qalib gəlib – 7:5 və 6:3.

Daha bir görüşdə də İran və İordaniya tennisçiləri yarışıblar. Bu görüşdə də İran təmsilçisi qələbə qazanıb. Belə ki, Nadaf Siçani Həmidreza rəqibi Seif Adası 6:4 və 6:2 məğlub edib.

Özbəkistan təmsilçisi Sergey Fomin malayziyalı Məhəmməd Əssarı Merzukini məğlubiyyətə uğradıb – 7:5, 6:1.

Azərbaycan tennisçisi Rəsul Qocayev Səudiyyə Ərəbistanını təmsil edən Fahad Al Saada hər iki setdə eyni hesabla (1:6) məğlub olub.

Tennisçimiz Filip Nikoliçin növbəti mərhələyə yüksəlmək üçün türkmənistanlı Georgi Poçay ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşü idmançımız üçün uğursuzluqla nəticələnib – 4:6, 6:2 və 6:7.

Maldiv təmsilçisi Abdulla Fazil rəqibi Türkmənistanlı atlet Yuri Roqusski ilə oyunun hər iki setində 3:6 hesabı ilə məğlub olub.

Cütlüklərin mübarizəsində ilk görüşdə Uqanda və İordaniya təmsilçiləri üz-üzə gəliblər. İordaniyanı təmsil edən Musa Alkotop-Hamzeh Al Asvad dueti Dunkan Muqabe-Devid Orinqa cütlüyünə hər iki setdə qalib gəlib – 6:4 və 6:3.

Digər oyun Özbəkistanı və Səudiyyə Ərəbistanını təmsil edən duetlər arasında keçirilib. Özbəkistanın Amal Sultanbekov-Səidalo Səidkərimov dueti Fahad Al Saad-Saud Al Haqbani cütlüyü ilə görüşdən qalib ayrılıb – 6:4, 6:1.

IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışına mayın 22-də yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!