Fərqlənmə medalı ilə təltif olunan Teymur Əliyev kimdir?
Gənclərə dəstək hər bir vətəndaşın borcudur.
Çünki bir gəncə dəstək olmaq parlaq gələcəyə sahib olmaq deməkdir.
Dövlətin gənclərə dəstək və diqqəti isə Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırıb.
Məhz belə gənclərimizdən biri də Teymur Əliyevdir.
Hələ uşaq yaşlarından öz istedadı və bacarığı ilə seçilməyi bacaran Teymur Respublikada İlk “Şagird Parlamenti”nin qurucusu və sədri olub. Teymur Ayaz oğlu Əliyev 18 aprel 1994 –cü ildə anadan olub. 2000-2011-ci illərdə Gəncə şəhəri 26 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 4 dəfə Azərbaycan Tarixi fənnindən Olimpiya qalibi olub.
2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarə etmə fakültəsinə qəbul olub. 2012-2015-ci illərdə Universitetdə TGT sədri, eyni zamanda rektor müşavirinin köməkçisi vəzifələrində işləyib.
2012-ci il Gəncə Tədrisin İnkişafı Mərkəzi Hazırlıq kursunun əsasını qoyaraq 2016-cı ilədək həmin müəssisəyə rəhbərlik edib. 2012-ci il İtaliyada Beynəlxalq İqtisadiyatçıların konfransında Azərbaycanı təmsil edib Fərqlənmə sertifikatı ilə ölkəyə qayıdıb.
2013-2015-ci illərdə Moldova,Rusiya,Türkiyə,Kıbrız,Gürcüstanda Gənclər proqramı çərçivəsində Azərbaycanı təmsil edib Beynəlxalq konfranslarda və seminarlarda iştirak edib. 2014-cü il fevral ayının 14-dən Heydər Əliyev fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin Gəncə resus Mərkəzinə sədr müavini təyin olunub.
2013-cü ildən Prezident İlham Əliyevə yaradılmış dəstək “Gələcəyə Baxış İctimai Hərakat”ına Qərb regionu üzrə rəhbərlik edib. 2016-cı il Hərbi xidmətdə olduğu müddətdə 32 təşəkkür,5 diplom,3 fəxri fərman, Sərhədçi döş nişanı və Çavuş rütbəsi ilə təltif olunan bu gənc 2017-ci ilin avqust ayından Bakı şəhərində fəaliyyət görsədən Global Kariyera İnistitunun İcracı Direktoru vəzifəsində çalışıb. Nəhayət 2018-ci il may ayında Gəncə şəhər İcra Hakimiyətinin Başçısının sərancamı ilə İctimai siyasi və Humanitar məsələlər şöbəsinə Baş Məsləhətçi vəzifəsinə təyin olunub. 2018-ci ilin sentyabr ayında YAP ərazi ilk partiya təşkilatlarının sədri seçilib.
2019-cu ilin yanvarın 8-dən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının I sahə üzrə Nümayəndə müavini təyin edilib. 11.04.2019 cu il Nizami rayon İcra Hakimiyyəti başçısının əmri ilə Daimi dövlət qulluqçusu dərəcəsinə sahib olub. Bu gənc yaşında 242 Yerli, 59 Beynəlxalq layihənin rəhbəri olub.
2019-cu il orta məktəb şagirdləri arasında Cənab prezidentin sərancamına uyğun olaraq Nəsimi -650 Bilik Yarışı, Liderlərlər Məktəbi və Yay Məktəbi layihələrinə rəhbərlik edib.
Daha sonra noyabr ayında Prezident İlham Əliyevin tarixi çıxışına istinad edərək 1500 nəfər şagird arasında Qarabağ Azərbaycandır! adlı olimpiada təşkil etmişdir.
Uğurlu əmək fəaliyyətini nəzərə alaraq Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanovun əmri ilə içtimai fəallığına görə Fərqlənmə Medalı ilə təltif olunmuşdur.