Bizim AşpazDünya MətbəxiEventsLəzzətli BölümOxu zalıTəqdimat

“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabının təqdimat mərasimi keçirilib

06 fevral 2019- cu il tarixində Bakı Kitab Mərkəzində, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uzun müddət nəşri üzərində iş aparılan və yenicə işıq üzü görmüş “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, millət vəkilləri Qənirə xanım Paşayeva, Aydın Mirzəzadə, Ülviyyə Ağayeva, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi İlham Manafov, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti Elçin Xəlilov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Hacı Nuran, həkim Seyfəddin Əsəd,prant şirkətinin prezdenti Yusif Ələkbərov və digər qonaqlar çıxış etdilər.
Kitabda 2016 – cı ildə Abşeronda, 2017- ci ildə Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapmışdır. Qeyd edək ki, dolma nüsxələri Azərbaycanın bütün rayon, kənd və şəhərlərindən toplanıb.
Daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığı və UNESCO-nun qeyri-maddi mədəni irs reprezentativ siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə bu kitab Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevaya ithaf edilmişdir ( səh 4.) .
Kitabın üzərində işləyərkən dolma çeşidlərinin toplanmasında bizə yardımçı olmuş bütün şəxslərə, ana və bacılarımıza, nənələrimizə, habelə kitabda adları çəkilən bütün rayonların icra hakimiyyətlərinə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə, Mədəniyyət Nazirliyinin regional idarələrinə, xüsusilə I Dolma festivalını təşkil etmiş Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya və müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi İlham Manafova, II Dolma festivalını təşkil etmiş Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və müavini İlhamə xanım Nəzərovaya, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevə təşəkkürlərimizi bildiririk.
Müəlliflər: Tahir Əmiraslanov, Azadə Musabəyli, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynurə Əmiraslanova, Ağakərim Şamidzadə “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid”. Şərq-qərb, 2018, 351 səh.
Kitab 5 illik kollektiv əməyin nəticəsidir.
Art dizayner Elnarə Heybətova, fotoqraflar Ruslan Səfərov, Məmməd Rəhimov, Faiq Nağıyev. Kitabda həm də Stalik Xankişiyevin fotolarından istifadə edilmişdir.
Kitabın ilk səhifəsində UNESCO-nun qeyri-maddi mədəni irs siyahısının Azərbaycan mətbəx irsi kimi daxil edilmiş dolma ilə bağlı sənədin surəti verilib.
İttihaf səhifəsindəki barkod vasitəsi ilə UNESCO-da göstərilən Azərbaycan dolması filmi verilmişdir. (səh.4)
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ildə MEA-dakı çıxışı zamanı oğurlanan milli mətbəximiz və dolma ilə bağlı dedikləri ilə başlayır. (səh.5)
Ön sözdə dolma ilə bağlı tarixi-etnoqrafik, linqvistik, texnoloji analiz verilir. (səh.6; 23)
24-25-ci səhifələrdə AMKA-ya məxsus patentlə müdafiə olunan 10 dolmamızın patent sənədləri öz əksini tapır.
351 səhifədə dövlət poçt markalarında öz əksini tapmış dolmalara aid 5 poçt markasının şəkli verilib.
Kitabda 381 dolma düsturu (resepti) verilib. Hazırda kitabın əcnəbi dillərə tərcümələri və Rusiyadakı nəşri üzərində iş aparılır.
Kulinariya kitabları arasında ilk dəfə dünyada içərisində bir xörəyin bir ölkədəki bu qədər növü (381 resept) haqqında yazılıb.
Kitabın bütün xərcləri AMKA-nın sponsorları (“ARASH Medical” və “ARASH Dental & Beauty” şirkətləri) tərəfindən ödənilib.
Milli mətbəx nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliğatı və milli mədəni irsə aid edilməsində bu kitab böyük rol oynayacaq.
Kitab Azərbaycan Respublikasının Kulinariya üzrə Elmi Şurası tərəfindən müzakirə olunub və çapa tövsiyyə edilir (10.01.2018, protokol №2).
Kitab Azərbaycan Respublikasının Kulinariya Şurası tərəfindən müzakirə edilib və çapa tövsiyyə olunur (10.01.2018, protokol №2).

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!