Bizim AşpazDünya MətbəxiLəzzətli Bölüm

Tez hazır olan şokoladlı tort

Lazım olacaq:

Biskvit üçün: 350 q qatılaşdırılmış süd (squşenka), 2 ədəd yumurta, 125 qr buğda unu, 25 qram kakao, 1 ç.q. soda.

Kremi üçün: 500 ml süd, 150 q şəkər, 1 ədəd yumurta, 70 qr. un, 25 qr. kakao.

Şirə üçün: 150 q şokolad, 75 ml qaymaq (yağlılığı 35%).

Sobanı 180 dərəcəyə qədər isidin. Yumurtaları mikserlə çalıb, qatılaşdırılmış süd və soda əlavə edib qarışdırın. Sonra ün və kakao əlavə edib qarışdırın, çalmaq lazım deyil. Xəmiri yağ sürtülmüş formaya tökün və 25 dəq. sobada bişirin.
Yumurtanı süd və un ilə qarışdırın, orta odda bişirin, tez-tez qarışdırın, bərkiyənə qədər. Kakao əlavə edin və yaxşı qarışdırıb soyumağa saxlayın. Soyuyan biskviti üç hissəyə doğrayıb krem ilə aralarını kremləyin və soyuducuya yerləşdirin minimum 6 saatlıq üçün. Şokoladı orta odda qaymağ ilə əridin və tortun üzərinə töküb yayın.

Nuş olsun!

Chef Culinary

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!