EventsTəqdimat

“Triumf sirki” Bakıda “Hünər meydanı” adlı proqramla çıxış edəcək

8-9 noyabr tarixlərində Rusiyanın “Triumf sirki” Bakı Dövlət Sirkində “Hünər meydanı” adlı geniş proqramla çıxış edəcək. 44 günlük müharibədə Qələbənin ildönümünə həsr olunan proqramın ilk təqdimatı qazi və şəhid ailələri üçün nəzərdə tutulub.

“Hünər meydanı” proqramında sirk sənətinin bütün ekstremal janrları bir araya gələcək. Hava gimnastları, akrobatlar, kaskadyorlar öz məharətlərini göstərəcək. İllüziyaçılar nümayiş etdirdiyi nömrələrlə tamaşaçıları darıxmağa qoymayacaq. Çıxışlar müasir dövrün mahnıları ilə müşayiət olunacaq.

Həmvətənimiz Allahverdi İsrafilovun rəhbərlik etdiyi “Triumf sirki” şou-proqramların hazırlanmasında böyük təcrübəyə malik qrupdur. Kollektiv müxtəlif ölkələrdə qastrol səfərlərində olub.

Qeyd edək ki, şou-proqramın 2022-ci il yanvarın 10-dək həftənin cümə, şənbə və bazar günləri nümayişi nəzərdə tutulub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!